Qara ciyər xərçənginin dərmanı tapıldı


15:52     05 Avqust 2018 emeliyyat1.jpg

Sinqapurun Xərçəng İnstitutunun basazında beynəlxalq alimlər qrupu tərəfindən hepatosellular karsinoma (HSK) qaraciyər xərçənginin qarşısını ala bilən FFW peptid preparatı hazırlanıb.

Bu barədə “Medikal Ekspress” yazıb.

Hazırlanmış preparat xərçəngin qaraciyərdə inkişaf etməsinə səbəb olan SALL4 və NuRD zülalların birgə fəaliyyətinin qarşısını alır.

HSK qaraciyərdə tez inkişaf edən xərçəng xəstəliyidir və xəstə ona yoluxduğu andan 11 ay sonra ölür. Hazırda HSK əleyhinə istifadə edilın yeganə preparat “Sorafenib” hesab olunur. Bu dərman da xəstənin ömrünü cəmi 3 ay uzada bilir.

Hazırda HSK ikinci ən təhlükəli xərçəng xəstəliyidir.

Femida.az

Açar sözlər:

Oxunub: 894