Dənizçilərimizdən növbəti qələbə


22:36     05 Avqust 2018 2018/08/867AC895-EBBF-477A-8BCE-D6C5718FA174_1533480015.jpeg


“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin komandaları arasında futbol yarışı keçirilib.

Müdafiə Naziriyindən Femida.az-a verilən məlumata görə, birinci mərhələdə İran komandası ilə qarşılaşan Azərbaycan hərbi dənizçiləri qalib gəlib. Qazaxıstan və Rusiya komandalarının oyunu isə Rusiya dənizçilərinin qələbəsi ilə başa çatıb.

Final oyunlarında Azərbaycan komandası Rusiyalı hərbi dənizçilərə, İran dənizçiləri isə Qazaxıstan komandasına qalib gəlib.

Beləliklə futbol üzrə dostluq turnirində Azərbaycan birinci, Rusiya ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalara kuboklar, medallar, “Fəxri Fərman”lar və hədiyyələr təqdim edilib. Sonda xatirə şəkli çəkilib.

Femida.az

Açar sözlər:

Oxunub: 420


Oxşar xəbərlər