İspaniyada erməni mafiyasına növbəti zərbə


00:44     06 Avqust 2018 18_08_05_1533484751.jpg

İspaniya Milli Polisi Malaqa vilayətində Litvada yaşayan Ermənistan vətəndaşını, həmçinin iki Gürcüstan vətəndaşını həbs edib.


Bu barədə RİA Novosti məlumat yayıb. Onların saxlanılması İspaniyada iyunun sonunda erməni mafiyasına qarşı səs-küylü əməliyyatın davamı hesab edilir. Həmin əməliyyat zamanı 129 nəfər həbs olunmuşdu.

Ötən gün keçirilən əməliyyat zamanı saxlanılan şəxslər mütəşəkkil cinayətdə şübhəli bilinirlər. Onlardan biri Rusiya mafiyasında üçüncü adam hesab olunur.

Məlumatda həmçinin bildirilir ki, saxlanılan üç nəfər Marbelidə kriminal avtoritetin qətlini planlaşdırıblar.

Axtarış zamanı onların üstündən saxta Polşa və Ukrayna sənədləri çıxıb.

Açar sözlər:

Oxunub: 587