Əvvəllər də intihara cəhd etmişdi - Bu dəfə son oldu


13:09     06 Avqust 2018 bicaqlayib%20ozunu.jpg

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.



Femida.az report.az-a istinadən bildirir ki, 1955-ci il təvəllüdlü Abbasov Vaqif Allahverdi oğlu Kürdəxanı qəsəbəsində bıçaqla öz qarın boşluğuna zərbə vurub.

O, xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, V.Abbasov çoxlu qan itirərək dünyasını dəyişib.

V.Abbasov bir neçə ay bundan əvvəl arda-arda iki dəfə özünü bıçaqlayıb. Sonuncu dəfə o, bıçaqla ürək nahiyəsinə zərbə vurub. Lakin əməliyyat olunaraq sağ qalıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: İntihar   Bakı   polis   Cinayət  

Oxunub: 1475