Bulvarda 18 yaşlı qız özünü dənizə atdı – Polis həyatını xilas etdi


16:25     06 Avqust 2018 bulvar_polis_012.jpg

Dənizkənarı Milli Parkda intihar məqsədi ilə özünü dənizə atan gənc qadının kimliyi məlum olub.

Bu, Binəqədi rayon sakini, 2000-ci il təvəllüdlü F.Mövlanadır.

O, Dənizkənarı Milli Parkda yerləşən “Şeytan çarxı” atraksionunun yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib.

Gənc qadın polis və Bulvar İdarəsinin əməkdaşları tərəfindən dənizdən çıxarılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır/Report.

Femida.az

Açar sözlər:

Oxunub: 1760