Kolleclərə ixtisas seçimi bu gün başa çatır – Xəbərdarlıq


16:27     06 Avqust 2018 dim%20tqdk7.jpg

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.


Femida.az Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Qeyd olunub ki, avqust 6-sı saat 10:00-a qədər 11671 abituriyent ixtisas seçimi edib: “Onlardan 11444-ü Azərbaycan bölməsini, 227-si rus bölməsini bitirənlərdir”.

Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 385