Həmkəndlisinin maşınını oğurladı


17:17     06 Avqust 2018 2018/08/qaz33_1533546704.jpg

Avqustun 4-ü saat 1 radələrində Bərdə rayon Gərənə kənd sakini DİN-in “102 Zəng Xidməti”nə müraciət edərək ona məxsus “QAZ-33021” markalı avtomobilinin oğurlandığı barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsində dərhal əməliyyat-axtarış qrupu yaradılıb. Peşəkarlıqla və “isti izlərlə” keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən digər kənd sakini Əlvan Namazov saxlanılıb.

Dindirilmə zamanı o törətdiyi oğurluq əməlini etiraf edib. Oğurlanmış maşın maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 542