Sənin kimiləri çox dovşan etmişəm - Qadınla kişinin davası + VİDEO

"Sənin kimiləri çox dovşan etmişəm" - Qadınla kişinin davası + VİDEO


19:08     06 Avqust 2018 18_08_06_1533553806.jpg

Yasamal rayonu,Yeni Yasamal Massivi,Xarici 2-ci dairəvi ünvanında yaşayan sakinlər tərəfindən Femida.az-a müraciət daxil olub.
Müraciət edən Venera Rüstəmovanın sözlərinə görə,bu binanın tikintisinə onun həyat yoldaşı Rövşən Rüstəmov və şəriki Şakir Hüseynov birlikdə başlayıb. Həyat yoldaşı Rövşən Rüstəmovun 2011-ci il, iyunun 8-də Nəsimi rayonunda odlu silahla qətlə yetirilməsindən sonra onun vərəsələri binaya buraxılmayıb. Şikyətçinin iddiasına görə,qanuni qüvvəyə minmiş məhkəmə qərarları olmasına baxmayaraq həyat yoldaşının şəriki olan Şakir Hüseynovun hüquqi varisi Tural Hüseynov onları mənzillərə buraxmır.

Əməkdaşlarımız ərazidə çəkiliş aparan zamanı hücuma məruz qalıb.Tərəflər arasında yaranan mübahisə zamanı Xanoğlan Hüseynovun şikayətçi Venera Rüstəmovaya "sənin kimiləri çox dovşan etmişəm", deməsi əlbəyaxa dava ilə nəticələnib.Həmin kadrları təqdim edirik:



Açar sözlər: #dava   #Video   femida   #Youtube  

Oxunub: 2961