Bakıda ən aşağı və yüksək maaş verilən sahələr bəlli oldu


20:09     06 Avqust 2018 Pul-manat.jpg

Azərbaycanda 2018-ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 2,1 faiz artaraq 790,6 manat olub.


Dövlət Statistika Komitəsindən Femida.az -a verilən məlumata görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Açar sözlər:

Oxunub: 704