Daha 1 nəfər göldə batıb - Yeniləndi


23:34     06 Avqust 2018 denizde-boguldu.jpg

Lənkəran şəhərinin Qurumba kəndində süni göldə batmış 2003-cü il təvəllüdlü Əlizadə Şaiq Eldəniz oğlunun axtarışları başa çatıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Ş.Əlizadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Lənkəran şəhərinin Qurumba kəndində süni göldə 1 nəfər batıb.

Femida.az - ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 392