Daxili orqanından narkotik çıxdı


16:21     07 Avqust 2018 bagirsaq%20heroin.jpg

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 177,834 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 388