Məşhur aktyoru Moskvada döydülər


17:36     07 Avqust 2018 2018/08/865328_3_cbae_samy-naceri-lors-du-festival-de-cannes-le-25_1533634811.jpg

"Taksi" franşizasındakı rolundan sonra məşhurlaşan fransız aktyor Samir Naseri Moskvada döyülüb.



İnsident avqustun 5-də Moskvanın mərkəzindəki "Voice" karaoke-barda baş verib.

Aktyor barda qardaşı Bibi Naseri ilə istirahət edirdi. Onlar müştərilərdən biri ilə mübahisə ediblər.

Müştəri Samir Naserinin üzünə yumruq zərbəsi endirib.

Polis olayı araşdırır.

Samir Naseri "Taksi" filminin 4 hissəsində marselli taksi sürücüsü Daniel Morales rolunu oynayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1042