Ağacların dibinə tökülən maddənin adı açıqlandı
19:58 07 Avqust 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların dibindən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə sulfat və nitrat ionunun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, faktla bağlı məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Nərimanov rayon Polis İdarəsinə göndərilib.
Xatırladaq ki, ETSN-yə Ağa Nemətulla küçəsi 1987 ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı şikayət daxil olmuşdu. Ağacları zədələdiyinə görə yaşıllıq ərazinin sahibi Tofiq Balayev barəsində akt və protokol tərtib edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə olunmuşdu. Sözügedən ağaclara aqrotexniki qulluq göstərilməsi və qorunub mühafizə olunması məqsədilə T.Balayevə icrası məcburi olan yazılı göstəriş verilmişdi.
Femida.az
Oxunub: 714
Oxşar xəbərlər
- Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib
- Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib
- Ağacların yanması ilə bağlı şikayət araşdırılıb
- Ağacların məhv edilməsilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərildi
- Ağacların dibini betonlayan şirkət cəzalandı
- Ağacların kəsilməsi ilə bağlı Baş Prokurorluğa müraciət olundu
- Ağacların dibinə qəsdən "salyarka" tökülür - Nazirlik araşdırmağa başladı
- Ağacların dibinə “kislota” tökən şəxs tutuldu – Polis əməliyyatı
- Ağacların "kislota" ilə qurudulması haqda - Rəsmi açıqlama