Orxan Camalla vida mərasimi oldu


23:04     07 Avqust 2018 18_08_07_1533652149.jpg

Mərkəzi Afrika Respublikasında qətlə yetirilən jurnalist Orxan Camalla bu gün paytaxt Moskva məscidində vida mərasimi keçirilib.

Femida.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onunla vidalaşmağa dostları, həmkarları, ailəsi gəlib.

Orxan Camal Moskvadakı Xovansk qəbiristanlığının müsəlman sektorunda dəfn ediləcək.

Xatırladaq ki, jurnalist iki həmkarı ilə birgə iyulun 30-da sənədli film çəkilişi üçün getdikləri MAR-da qətlə yetirilib.

Açar sözlər:

Oxunub: 451