Azərbaycan vasitəsilə 25 milyon tondan artıq yük daşınıb


00:36     08 Avqust 2018 yuk%20avtomobil.jpg

2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25 milyon 675,5 min ton olub.

Femida.az xəbər verir ki, yük dövriyyəsi isə 5 milyon 525,7 milyon ton-km təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz və 2,6 faiz artım baş verib.

Yüklərin 15 milyon 932,1 min tonu və ya 62,1 faizi avtomobil nəqliyyatı, 6 milyon 084,9 min tonu və ya 23,7 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 658,5 min tonu və ya 14,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 faizini və ya 4 milyon 947,2 min tonunu tranzit yüklər təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 321