Nabranda ağır yol qəzası: 5 nəfər xəsarət alıb


01:16     08 Avqust 2018 qeza_yeni.jpg

Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb.

Femida.az "Report"a istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 479