Göldə batan şəxsi tapıldı - Yenilənib


15:47     08 Avqust 2018 big_1404314237_bogulma.jpg

Daşkəsən rayonunun Əmirvar kəndində süni göldə batmış 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun axtarışları başa çatıb.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, H.İmamverdiyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

***

Daşkəsəndə bir nəfər süni göldə batıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonu, Əmirvar kəndində süni göldə 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 428