Taksi sürücüsünə qarşı quldurluq


17:13     13 May 2015 taksi4.jpg

Bakıda taksi sürücüsü döyülərək qarət edilib


Femida.az APA-ya istinadən xəbər verir ki, Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü, taksi fəaliyyəti ilə məşğul olan Ramil Kamil oğlu Əliyev polisə ərizə ilə müraciət edərək bildirib ki, ötən gün idarə etdiyi “FİAT” markalı avtomobillə Neftçilər Metro stansiyasının yaxınlığında 1983-cü il təvəllüdlü Rəfail Quliyev idarə etdiyi “Niva” markalı avtomobillə yolu bağlayaraq, ondan avtomobildən düşməsini tələb edib. Daha sonra “Niva” markalı avtomobildə olan sürücü və 4 sərnişini R. Əliyevi döyərək 100 manat pulunu və 270 manat dəyərində “Nokia” markalı telefonunu oğurlayıblar.

Hazırda polis ərizə üzrə araşdırma aparır.

Açar sözlər:

Oxunub: 739