Naxçıvanda 315 nəfər işlə təmin olunub


22:07     08 Avqust 2018 naxcivanseher_1504764282.jpg

İyul ayında Naxçıvan Muxtar Respublikasında məşğulluq mərkəzləri tərəfindən 315 işaxtaran müxtəlif sahələrdə işlə təmin olunub.

Femida.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, işlə təmin olunanların 109-u gənc, 67-si qadın, 9-u sağlamlıq imkanları məhdud şəxs, 4-ü isə ünvanlı sosial yardım təyini üçün müraciət edənlərdir.

Ötən ay 77 nəfər müvəqqəti xarakterli işlərə göndərilib, əhalinin məşğulluğunun təmin edilməsi tədbirləri çərçivəsində uzun müddət ünvanlı dövlətsosial yardımı alan 21 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara verilib. Həmçinin kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbərxana, gözəllik salonu və dərzi sexlərində 3 bərbər və 10 bərbər-manikürçü işlə təmin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 351