300 ədəd sərnişin avtobusu alınacaq - SƏRƏNCAM
22:44 08 Avqust 2018
Prezident İlham Əliyev Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında sərəncam imzalayıb.
Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir.
Son 3 ildə orta və iri tutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb.
Sərəncamda qeyd edilir ki, 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 47 924 000 manatı ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırlır.
Femida.az
Oxunub: 452
Oxşar xəbərlər
- 300 hüquqşünas hakim olmaq üçün imtahan verəcək
- Ədliyyə Nazirliyi: 300-ə yaxın hakimliyə namizəd Türkiyədə təlim keçib
- 300 uşaq onlayn müsahibəyə cəlb olunacaq
- 3000-dən çox məhkuma elektron qolbaq tətbiq edilib
- 3000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
- 3000-ə qədər müəllim daimi əsaslarla işə qəbul edilib
- 3000 müəllim daimi əsaslarla işə qəbul edilib
- 3000 şəxs direktor olmaq istəyir
- 300 min dollarla Azərbaycandan qaçdı, Rusiyada ələ keçdi
- 300 məcburi köçkün ailəsi Qaradağın Ümid qəsəbəsində yeni mənzillərə köçürüləcək