Türkiyədə yağış 4 körpünü aşırdı - Yaralılar var


23:18     08 Avqust 2018

Türkiyənin şimalındakı Ordu vilayətində leysan yağışları nəticəsində 4 körpü aşıb.

Femida.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Daha bir körpünün aşma riski mövcuddur.

Qeyd olunur ki, yaxınlıqda yerləşən tekstil fabrikində 165 nəfər təxliyə olunmağı gözləyir.

Təxliyənin həyata keçirilməsi üçün bölgəyə helikopterlər cəlb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 303