44 yeni ekzpolanet aşkarlandı


01:02     09 Avqust 2018 nasa.jpg

NASA Günəş sisteminin xaricində 44 yeni ekzoplanet aşkarlayıb.

Femida.az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, planetlər “NASA-nın “Kepler” və Avropa Kosmik Agentliyinin (ESA) “Gia” adlı teleskopları vasitəsilə müşahidə ediliblər.

Yeni planetlərin çoxunun Yer boyda olduğu və öz oxları ətrafında tam dövrəni 24 saatdan da tez müddətə başa vurduqları bildirilib.

Hazırda ekzoplanet olma ehtimalı olan 27 göy cismi ətrafında araşdırmalar davam edir.

Araşdırmaya Tokio Universitetinin doktorantura tələbəsi Con Livinqston rəhbərlik edir.

Açar sözlər:

Oxunub: 362