Naxçıvanda 12 mindən çox sərnişin qatarla daşınıb


14:37     09 Avqust 2018 2018/08/571398-1523683771_1533796822.jpg

Muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə sahəsində ardıcıl tədbirlər görülür, müasir dəmir yolu infrastrukturu yaradılır.


Femida.az xəbər verir ki, bu barədə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatında bildirilib.

Qeyd olunub ki, cari ilin iyul ayında ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 7 min 980 ton müxtəlif təyinatlı yük daşınıb. Hesabat dövründə Ordubad-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 12 min 167 sərnişin daşınıb.

Vaqonlarda və lokomotivlərdə cari təmir işləri aparılıb, baş və stansiya yollarına baxış keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 474