İsmayıllıda qəribə olay: İnəklərin süd vəziləri kəsilib,yoxsa?..+ Video
15:24 09 Avqust 2018
İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin naməlum şəraitdə kəsilməsilə bağlı vəziyyət nəzarətə götürülüb.
Femida.az xəbər verir ki,bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev deyib.
Onun sözlərinə görə, artıq həmin əraziyə ciddi nəzarət olunur:
"Girk kəndində iribuynuzlu heyvanların döşlərinin kəsilməsi barədə məlumat daxil olub. Dərhal əraziyə baxış keçirilib və zədələnmiş heyvanlardan qan analizləri götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Yaxın günlərdə müayinələrin cavabları məlum olacaq. Hazırda ərazidə vəziyyət sabitdir. 2-3 gündən bir bu cür hadisələr baş verir. Ümumilikdə 17 iribuynuzlu heyvanda bu cür hal aşkar edilib. Ərazidə dezinfeksiya işləri aparılıb".
B.Şahalıyev deyib ki, bu prosesdə nə xəstəlikdən, nə də insan faktorundan söhbət gedə bilməz:
"Bu vəhşi heyvanların iribuynuzlu heyvanlara hücumu ola bilər. Heyvanlar çöl şəraitində otlayarkən, yatarkən döş nahiyələri yırtıcı heyvanlar tərəfindən qoparılıb. Hadisə yerində qan izləri də aşkarlanıb".
Oxunub: 4365
Oxşar xəbərlər
- Prezident Balakən və İsmayıllıda məktəb tikintisi üçün pul ayırdı - SƏRƏNCAM
- İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
- Meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb - İsmayıllıda
- Polis İsmayıllıda sərt karantin rejimi qaydalarına nəzarət edir - Fotolar
- Prezident icra başçısına töhmət verdi
- İsmayıllıda qəza - 5 nəfər xəsarət aldı
- İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrıldı
- Prokurorluq İsmayıllıdakı intiharla bağlı açıqlama yaydı
- İki azyaşlını it dişləyib - İsmayıllıda
- İsmayıllıda əxlaqsızlıq yuvası aşkarlandı - Həmcinslərini kişilərlə görşdürərək pul alırmış