Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu - Daha bir olay

Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu - Daha bir olay

15:19     09 Avqust 2018 2018/08/ereb-otelde_1533813674.png

Yasamal rayonunda yerləşən otellərin birində oğurluq faktı baş verib.


Femida.az ölkə.az-a istinadən xəbər verir ki, "Röyal Qrant" oteldə barda tanış olduğu qızla dincəlməyə gələn İraq Respublikasının vətəndaşı Heçhan Vadinin başına iş gəlib.

Belə ki, otelə gətirdiyi qızla cinsi əlaqədə olduqdan sonra içkinin təsirindən yuxulayan ərəb səhər açılanda pullarının yoxa çıxdığını görüb. Bu barədə 27-ci Polis Bölməsinə məlumat verən İraq vətəndaşının izahatı alınıb və araşdırmalara başlanılıb. Məlum olub ki, Heçhan Vadi mütəmadi olaraq bu otelə qız gətirsə də, birinci dəfədir ki, belə hal ilə rastlaşır.

Faktla əlaqədar 27-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Bölmədən faktı təsdiqləyərək bildirdilər ki, yaxın günlərdə əcnəbinin pulunu oğurlayan qız saxlanılacaq.

Femida.az

Açar sözlər: #ereb  

Oxunub: 17613