İrana gedənlərin sayı 22 faiz artıb
22:40 09 Avqust 2018
Azərbaycanlıların ən çox hansı ökələrə getdiyi açıqlanıb.
Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 2 milyon 19,8 min nəfər olub.
Ölkə vətəndaşlarının 30,7 faizi Gürcüstana, 28,7 faizi İrana, 21,2 faizi Rusiya Federasiyasına, 12,7 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,2 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Onların 68,8 faizi kişilər, 31,2 faizi isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 22,8 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,8 faiz, Gürcüstana gedənlərin sayı 0,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalıb.
Femida.az
Oxunub: 260
Oxşar xəbərlər
- İrana getmək üçün hansı sənədlər tələb olunur?
- İrana getmək istəyənlərin nəzərinə
- İrana yeni təyin olunan səfir Prezidentə təşəkkür etdi
- İrana səfər etməyin şərtləri açıqlandı
- İrana məxsus gəmi vuruldu - SON DƏQİQƏ
- İrana gedən azərbaycanlıların sayı 61,8 faiz artıb
- İrana gedən azərbaycanlıların sayı 71,4 faiz artıb
- İrana gedərkən yolüstü əl-üzünü yumaq istədi, boğulub öldü
- İrana gedən azərbaycanlıların sayı artıb
- İrana gedən azərbaycanlıların nəzərinə! - Agentlikdən quş qripi xəbərdarlığı