Köməkçiləri Trampın söhbətlərini gizli şəkildə qeydə alıblar


23:42     09 Avqust 2018 18_08_09_1533828071.jpg

ABŞ prezidenti Donald Trampın keçmiş köməkçisi Omaros Maniqol-Nyuman Trampın söhbətlərini gizlin şəkildə qeydə alıb.


Femida.az bildirir ki, bu barədə “The Daily Beast” qəzeti yazıb. Qəzetin Ağ Evdəki mənbələri Nyumanda Trampın səs yazılarının olduğunu, hətta həmin söhbətlərin dinlənilməsi üçün digər insanlara verildiyini təsdiq ediblər. Lakin qeyd edilib ki, Trampın söhbətləri xanım Nyumana Ağ Evdəki işi barədə açıq memuarlar yazmaq üçün lazım olub. Onun “Unhinged: An Insider's Account of the Trump White House” (“Qeyri-asılı: Tramp dövründə içəridəki adamın Ağ Ev barədə hekayəsi”) adlı kitabı avqustun 14-də satışa buraxılacaq.

“The Daily Beast” qəzetinin əməkdaşları Trampla köməkçisi arasındakı söhbətləri “gündəlik zərərsiz boşboğazlıqlar” adlandırıb.

“Bu cür səs yazılarının olması Trampa qarşı onun köməkçiləri tərəfindən ciddi xəyanət faktlarının olduğunu sübut edir. Nyuman əvvəllər Trampa sadiq idi, amma görünür indi pul qazanmaq istəyir.” – deyə, qəzet yazır.

O da bildirilir ki, bundan əvvəl Trampın keçmiş vəkili Maykl Koen də onun "Playboy" jurnalı modelinə pul ödənməsi barədə söhbətini qeydə almışdı. Həmin model Trampla əlaqəsinin olduğunu bəyan etmişdi. Lakin vəkilin şəxsi ofisində axtarış aparan federal təhqiqatçılar səs yazısını onun əlindən alıblar. “The Daily Beast” yazır ki, o zaman xəbəri olmadan söhbətlərinin qeydə alındığını öyrənən Tramp olduqca qəzəblənmişdi.

Açar sözlər:

Oxunub: 342


Oxşar xəbərlər