Qardaşını şişlə vuran Şabran sakininə hökm oxundu


00:02     10 Avqust 2018 hebs.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Tahir Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Əhmədov 3 il azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin cinayət işini araşdıran Şabran rayon Polis şöbəsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev barəsində yol verdiyi ciddi nöqsanlara görə xüsusi qərardad çıxarıb və Daxili İşlər Nazirliyinə göndərilməsi barədə qərar verib.

İttihama görə, 2015-ci ildə Şabranda T.Əhmədov aralarında yaranmış mübahisə zəminində qardaşı Cabir Əhmədovu şişlə vurub. Onun barəsində cinayət işi başlanılıb, lakin T.Əhmədov həbs edilməyib.

Cinayət işi məhkəməyə göndərilsə də, ev dustaqlığında olan T.Əhmədov məhkəməyə gəlməyib. Bundan sonra onun barəsində axtarış elan edilib və həbs olunub.

Açar sözlər:

Oxunub: 344