“WhatsApp”da təhlükəli boşluq aşkar edilib


00:26     10 Avqust 2018 18_08_09_1533828430.jpg

“Check Point” şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş təhlükəli boşluq hakerlərə çata müdaxilə etməyə imkan verir.

Femida.az ICTnews-a istinadən xəbər verir ki, aşkar edilmiş boşluqdan müxtəlif üsullarla istifadə etmək olar.

Belə ki, həmin boşluqla çatda həmsöhbətin sözlərini dəyişdirərək başqa məna vermək, istifadəçinin adından ünsiyyəti imitasiya etmək və sairə mümkündür.

Sözügedən boşluqdan istifadə etmək üçün şifrələnmiş trafiki ələ keçirmək kifayətdir. Bu boşluq yaxın vaxtlarda aradan qaldırılmasa, istifadəçilərə böyük zərər vura bilər.

Açar sözlər:

Oxunub: 396