Bakıda 4 otaqlı ev yanıb


00:47     10 Avqust 2018 publika.az1394679445nalbur-yangin.jpg

Bakının Nəsimi rayonunda yanğın olub.

Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Yüksək temperaturdan hamamın lambirdən ibarət tavanı 4 kv.m sahədə və 1 ədəd məişət avadanlığı əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 167