Ramil Quliyev Avropa çempionu oldu


02:38     10 Avqust 2018

Türkiyə millisində çıxış edən azərbaycanlı sprinter Ramil Quliyev Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Femida.az xəbər verirki, finişə 19,76 saniyəyə çatan 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyub.

Qeyd edək ki, R.Quliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda dünya çempionu olub.

Femida.az

Açar sözlər:

Oxunub: 257