Bakıda restoranda atışma - Ölən və yaralanan var +VİDEO


13:00     10 Avqust 2018 2018/08/5cb2ce61-ead2-4fb1-ba27-5c5de23f0248_1533877568.jpg

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.


“Report” xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır. Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir.




Bakının Ramana qəsəbəsində baş verən silahlı insident nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.

Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.

Açar sözlər: #kriminal   #hadisə   #polis  

Oxunub: 902