39 minədək abituriyent ixtisasını seçib


14:28     10 Avqust 2018 imtahan49.jpg

Ali məktəblərə ixtisas seçimi davam edir.


Dövlət İmtahan Mərkəzindən Femida.az-a bildiriblər ki, saat 10.00-a olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 11472, II ixtisas qrupu üzrə 8527, III ixtisas qrupu üzrə 9886, IV ixtisas qrupu üzrə 2888 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 1128, II ixtisas qrupu üzrə 920, III ixtisas qrupu üzrə 797, IV ixtisas qrupu üzrə isə 282 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 3017 nəfərdir. Ümumilikdə 5 ixtisas qrupu üzrə 38677 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 324