11 il əvvəl itkin düşdü - İndi axtarışa verildi


14:52     10 Avqust 2018 itkin%20oglan.jpeg

Bakıda 2007-ci ildə itkin düşən şəxs axtarışa verilib.


Femida.az xəbər verir ki, bu barədə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayonu, Vidadi küçəsi, döngə 5, mənzil 2 ünvanında yaşayan Qarayev Nadir Əhəd oğlu avqustun 8-də Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə ərizə ilə müraciət edərək qardaşı oğlu, 1964-cü il təvəllüdlü Qarayev Əhəd Adil oğlunun 2007-ci ilin yanvar ayında yaşamaq üçün Rusiyaya getdiyini və geri qayıtmayaraq itkin düşdüyünü bildirib.

Faktla bağlı Nəsimi RPİ-nin 22-ci polis bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #İtkin   #Polis   #Axtarış  

Oxunub: 249