İcazə olmadan tikinti həyata keçirilməyəcək - Komitədən sahibkarlara


15:08     10 Avqust 2018 tikinti%20kulek.jpg

“Qanunsuz tikililərlə bağlı monitorinqlər həyata keçirilir. Bəzi sahibkarlar tərəfindən sui-istifadə hallarına yol verilir. Bununla bağlı səlahiyyətimiz çərçivəsində addımlar atırıq, eyni zamanda aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq edirik”.


Femida.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib.

Komitə sədri sahibkarlara müraciət edib. O qeyd edib ki, tikinti zamanı müvafiq dövlət qurumundan icazə alınmalıdır: “İcazə sənədi olmadan tikinti işlərinə başlamaq olmaz. Bəzi hallarda bu sənəd olmadan tikinti işləri həyata keçirilir. Sahibkarlar işlərini qanun çərçivəsində qurmalıdırlar”.

Femida.az

Açar sözlər:

Oxunub: 260