Şabrandakı yanğına görə 2 nəfər saxlanıldı

Şabrandakı yanğına görə 2 nəfər saxlanıldı


15:22     10 Avqust 2018 2018/08/mese-yangin_1533290849.jpg

Şabranda ehtiyatsızlıqdan biçilmiş taxıl sahələrinin yanmasına səbəb olan 2 nəfər saxlanılıb.

İyulun 29-da rayonun Dağbilici və Xəlfələr, avqustun 5-də isə Taxtakörpü kəndləri ərazisində biçilmiş taxıl və quru ot sahələrinin ehtiyatsızlıqdan yanmasına səbəb olan Asəf Qasımov və Elşən Hacıyev polisin keçirdiyi əməliyyat tədbirləri ilə saxlanılıblar. Hər iki şəxs barəsində inzibati qaydada qanunauyğun tədbirlər görülüb.

A.Qasımov və E.Hacıyev dindirilmə zamanı ehtiyatsızlıqdan törətdikəri yanğına görə peşman olduqlarını bildiriblər.

Azərbaycanda taxıl biçinindən sonra sahələrə od vuranlara, habelə yüksək gərginlikli elektrik xətlərinin altında əkin sahələrini yandıraraq bu xətlərə təhlükə yaradanlara, o cümlədən meşə sahələrində yanğınlara səbəb olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər görülür.

Son günlər biçilmiş taxıl sahələrini və digər əkin sahələrini ehtiyatsızlıqdan və qəsdən yandıran 15 nəfər inzibati həbs edilib, daha 17 nəfər barəsində isə digər inzibati cəza tədbirləri görülüb. Əkin sahələrində, meşəlik ərazilərdə yanğınların törədilməsinə qarşı mübarizə qanunvericiliyin tələbləri əsasında sərtləşdirilib. Bundan sonra da belə əməllər törədənlər barəsində cəza tədbirləri görüləcək.(AzərTac)

Femida.az

Açar sözlər:

Oxunub: 20