Maştağada 13 yaşlı oğlan faciəvi şəkildə öldü


17:43     10 Avqust 2018 meyit222.jpg

Bakıda 13 yaşlı uşaq hasardan yıxılaraq ölüb.


Femida.az xəbər verir ki, Sabunçu rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində baş verib.

Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi, döngə 4, ev 316-da yaşayan, 2005-ci il təvəllüdlü Rəhimov Ayaz Həsənbala oğlu həmin küçədə yerləşən evlərdən birinin hasarından yıxılıb.

Uşaq hadisə nəticəsində daxili orqanlarının zədələnməsindən dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 347