Naxçıvanda 24 qanunsuz miqrant saxlanılıb


18:11     10 Avqust 2018 2018/08/15338-1533893500_1533895986.jpg


Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iyul ayında muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 24 əcnəbi aşkarlanıb.

Muxtar respublika Dövlət Miqrasiya Xidmətindən Femida.az-a verilən xəbərə görə,onlardan 16-sı barəsində cərimə inzibati tənbeh növü, biri barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, yeddisi barəsində isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.

Qeyd olunub ki, ümumilikdə, ay ərzində xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1633 müraciət daxil olub. Bu müraciətlərdən 108-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı 1525 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 517-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 364