Azərbaycanda dəhşətli hadisə: universitet müəllimi özünü yandırdı

Azərbaycanda dəhşətli hadisə: universitet müəllimi özünü yandırdı


18:34     10 Avqust 2018 ozunu%20yandirdi.jpg

Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.


Femida.az -ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.

Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 50