Azərbaycanda süni göldə batanların sayı 15-ə yüksəldi

Azərbaycanda süni göldə batanların sayı 15-ə yüksəldi

15:27     10 Avqust 2018 boguldu.jpg

Daşkəsən rayonunda süni göldə 1 nəfərin batıb.



Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun axtarışları başa çatıb.

FHN-dən verilən məlumata görə, E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məlumat üçün bildirək ki, istilər düşəndən Lənkəranda göldə 3, Qazaxda 1, Şəmkirdə 4, Hacıqabulda 1, Gəncədə 1, Sumqayıtda 1, Şəkidə 1, Neftçalada 1, Xaçmazda 1 nəfər batıb.

Femida.az

Açar sözlər:

Oxunub: 232