2 milyona yaxın heyvan bruselyoza qarşı peyvəndlənib


23:23     10 Avqust 2018 2018/08/peyvend-birsulyoz_1533901385.jpg

2018-ci ilin yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirlərinə start verilib.


Dövlət Baytarlıq Xidmətindən Femida.az-a verilən məlumata görə, ilk 7 ayı ərzində bruselyoz xəstəliyinə qarşı 1 462 309 baş xırdabuynuzlu heyvanda "Rev-1" vaksini ilə, 329 461 baş iribuynuzlu heyvanda "S-19" vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bu il 513 040 baş iribuynuzlu, 150 652 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Qeyd edək ki, bruselyoz insanların və müxtəlif heyvanların yoluxa biləcəyi infeksion xəstəlikdir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlar arasında bruselyozun ləğv edilməsi insanlarda bu xəstəliyin qarşısının alınmasının ən yaxşı yoludur.

Odur ki, ölkəmizdə bu xəstəliyin ləğvi istiqamətdə lazımi addımlar atılmaqla, təşkilat-təsərrüfat tədbirləri davam etdirilməkdədir.

Femida.az

Açar sözlər:

Oxunub: 291