Azərbaycandan dollar çıxaran türklər tutuldu
21:59 10 Avqust 2018
Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Femida.az -a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycandan Gürcüstana "Mersedes Benz travego" markalı avtobusla gedən Türkiyə Respublikasının iki vətəndaşının üzərində "Sınıq Körpü" gömrük postunda şəxsi yoxlama aparılıb.
Baxışdan öncə, həmin şəxslərdən biri üzərində gömrük orqanına bəyan edilməli hər hansı malın olmadığını, digəri isə üzərində 1000 Türkiyə lirəsinin olduğunu bildirib.
Lakin yoxlama zamanı hər iki şəxsin üzərində gömrük nəzarətindən gizlədilən cəmi 40.000 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 215
Oxşar xəbərlər
- Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndəriləcək
- Azərbaycandan Rusiyaya bəzi məhsulların dəmiryolu ilə daşınmasına olan icazənin müddəti uzadılıb
- Azərbaycandan Rusiyaya "Aqroekspress" vasitəsilə ilk yük qatarı göndərilib
- Ərdoğan Azərbaycandan təbii qazın həcminin artırılmasının səbəbini açıqlayıb
- İran vətəndaşının Azərbaycandan qanunsuz xarici valyuta çıxarmasının qarşısı alınıb
- Dörd ölkədən diri quşların Azərbaycandan tranzitinə məhdudiyyət qoyulub
- Azərbaycandan bu il üçün 2 fındıq partiyasının ixracına icazə verilməyib
- Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı maneələr aradan qaldırılıb
- Azərbaycandan İrana keçməyə cəhd edən şəxs saxlanılıb
- Azərbaycandan xaricə oxumağa gedənlərin sayı açıqlanıb