Putindən Ərdoğana dəstək


22:23     10 Avqust 2018 erdogan_putin_011214.jpg

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.


Femida.az Anadolu agentliyinə istinadən xəbər verir ki, söhbət zamanı hər iki ölkə başçısı Türkiyə ilə Rusiya arasındakı iqtisadi və ticarət münasibətlərində mövcud olan müsbət tendensiyadan məmnunluqlarını ifadə ediblər.

Telefon əlaqəsində həmçinin, Suriyadakı vəziyyət və Astana formatı çərçivəsində son proseslər də müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 180