Fındıq istehsalçıları ilə görüş keçirilib

Fındıq istehsalçıları ilə görüş keçirilib


23:40     10 Avqust 2018 2018/08/675528_1533913274.jpg

Avqustun 10-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublikamızda fındıq istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.


Femida.az bildirir ki, görüşdə sahibkarları maraqlandıran suallara cavab verən Agentliyin sədr müavini Rəşad Mafusov istehsalçıların qarşılaşdıqları problemləri dinləyib və onların həlli istiqamətində fikir mübadiləsi aparıb.

Görüşdə fındıq nümunələrinin yoxlanılması üçün Agentlik tərəfindən ən müasir standartlara cavab verən texnologiyalardan istifadə edildiyi vurğulanıb. Qida Təhlükəsizliyi Agentliyinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə ixraca dəstək fəaliyyəti çərçivəsində istehsalçılara köməklik göstərilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Açar sözlər:

Oxunub: 17