26 gün öncə avtomobilin vurduğu qadın dünyasını dəyişib


00:46     11 Avqust 2018 Qeza2.jpg

Mingəçevir şəhərində 26 gün öncə avtomobilin vurduğu qadın xəstəxanada dünyasını dəyişib.


"Report"un Şirvan bürosu xəbər verir ki, iyulun 15-də şəhərin Bayraq meydanında “Nissan” markalı avtomobil tərəfindən vurulan 1954-cü il təvəllüdlü Labidə Fərrux qızı Nəsibova həkimlərin səylərinə baxmayaraq, bu gün xəstəxanada ölüb.

Qeyd edək ki, baş vermiş qəzada 4 nəfər piyada xəsarət almışdı. L.Nəsibovanın qızı və 3 yaşlı nəvəsi hadisənin ertəsi günü keçinib. Ağır xəsarət almış həyat yoldaşı Zülfiqar Nəsibovun müalicəsi isə hazırda xəstəxana şəraitində davam etdirilir.

Açar sözlər:

Oxunub: 194