Yol polisi reyd keçirdi, sərxoş sürücülər aşkarlandı


14:44     11 Avqust 2018 2018/08/675618_01_1533969932.jpg

Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi və 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən "Təmiz hava" aylığı çərçivəsində Lənkəran şəhərində nəqliyyatın sıx olduğu küçələrdə reyd keçirilib.



DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Astarada rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi və ETSN-nin əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Bununla yanaşı dəfələrlə maarifləndirici işlər, qanunamüvafiq digər tədbirlər görülməsinə baxmayaraq reyd zamanı sərxoş halda avtomobil idarə edərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülər aşkarlanıb.

Femida.az

Açar sözlər: DİN   Polis   reyd  

Oxunub: 289