Müdafiə Nazirliyinin nümayəndələri mükafatlandırılıb


23:26     11 Avqust 2018 2018/08/2BA55C2F-3B47-4E01-AD5B-4E4FE0EB4A0F_1534001313.jpeg

“Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində keçirilən yaradıcılıq müsabiqələrində fəal iştiraka görə Müdafiə Nazirliyinin nümayəndələri Mustafazadə Xəyyam Xəqani oğlu və Vəliyev Anar Yaqub oğlu Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən “Təşəkkürnamə” və “Fərman” ilə mükafatlandırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nazirliyin Əlahiddə Nümunəvi Orkestrinin solisti Xəyyam Mustafazadə iştirakçı komandalar arasında rus dilində vokal əsərinin ən yaxşı ifaçısı adını qazanaraq müsabiqədə birinci yerə layiq görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 265