Sabirabadda restoran mexanikini “tok” vurdu


13:38     12 Avqust 2018 18_08_12_1534051576.jpg

Sabirabad rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.


Femida.az "Report"a istinadən xəbər verir ki, rayonun Surra kəndində yerləşən restoranlardan birində mexanik işləyən 1965-ci il təvəllüdlü Cəfərov Usubəli Əliqulu oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 241