Maduroya sui-qəsdlə əlaqəli 23 nəfər müəyyən edilib


15:28     12 Avqust 2018 18_08_12_1534057373.jpg

Venesuela prezidenti Nikolas Maduroya sui-qəsddə iştirakı ehtimal edilən 23 nəfər müəyyən edilib.

Femida.az xəbər verir ki, bu barədə mətbuat konfransında ölkənin daxili işlər naziri Nestor Reverol bildirib.

Daha öncə 25 şübhəli haqqında xəbər yayılmışdı.

Reverolun sözlərinə əsasən, 23 nəfərdən 10-nu həbs edilib, digərlərinin həbsi üçün isə order verilib.

Həbs edilənlər sırasında Milli Assambleyanın deputatı Xuan Rekesens də var. Digər deputat - Xulio Borxesin həbsinə isə order verilib. Lakin o, hazırda Kolumbiyadadır.

Venesuela artıq onun ekstradisiyası üçün qonşu ölkəyə müraciət edib.

Açar sözlər:

Oxunub: 180