Qaradağda iki yük maşını toqquşub


15:44     12 Avqust 2018 18_08_12_1534059195.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “Ford” və “KAMAZ” markalı iki yük avtomobili toqquşub.


Femida.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Açar sözlər:

Oxunub: 304